Bu gün Azərbaycanda Milli Musiqi Günüdür.
Bizim.Media xatırladır ki, 1885-ci il sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaya göz açıb.
Bu tarix ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur və 2009-cu ildən başlayaraq Ü.Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.
Builki Milli Musiqi Günü xüsusilə əlamətdar olacaq. Çünki 30 ildən sonra işğaldan azad edilən Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ilk dəfə Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Şuşada Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də tanınmış solistlərin iştirakı ilə açıq havada konsert təşkil olunacaq.
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan bu festival hər il sentyabrın bu günündə açıq elan edilir və 10 gün davam edir.
Builki festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna, Gürcüstandan tanınmış musiqiçi və kollektivlərin iştirakı nəzərdə tutulub.
#Şuşa sabah ilk dəfə Milli Musuqi Gününə ev sahibliyi edəcəkdir. Üzeyir bəyin, Xan qızı Natəvanın, Bülbülün ruhları sevinəcək sabah ???????? pic.twitter.com/LhpsNUTSaV
— Shusha City-Şuşa Şəhəri (@ShushaCity2021) September 17, 2021
Bizim.Media