Netanyahu İranlı alimin ölümü ilə bağlı danışdı

Netanyahu İranlı alimin ölümü ilə bağlı danışdı

Hazırda oxunan: Netanyahu İranlı alimin ölümü ilə bağlı danışdı

3745

İsrailin Baş naziri Benyamin Netanyahu nüvə fizikası üzrə alim Möhsün Fəxrizadənin qətli barədə açıqlama verib.

Bizim.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, Netanyahu hadisə ilə bağlı gərginliyin anonsunu verib.

"Sizə demək istəyirəm ki, Yaxın Şərqdə hərəkətlənmə var. Bizi gərgin günlər gözləyir", - deyə baş nazir bildirib.

İran Prezidenti Həsən Ruhani isə "İranın nüvə proqramının atası" kimi tanınan Fəxrizadənin öldürülməsinin ölkənin nüvə sənayesinin inkişafını ləngitməyəcəyini vurğulayıb:

"Alim Fəxrizadənin öldürülməsi düşmənlərimizin ümidsizliyini və nifrətinin dərinliyini göstərir. Onun qətlə yetirilməsi qazandığımız uğurları dayandırmayacaq”, - Ruhanı belə deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO