DİQQƏT: Türkiyə universitetlərinə qəbul olan tələbələrin nəzərinə!

DİQQƏT: Türkiyə universitetlərinə qəbul olan tələbələrin nəzərinə!

Hazırda oxunan: DİQQƏT: Türkiyə universitetlərinə qəbul olan tələbələrin nəzərinə!

37317

Azərbaycan Səfirliyi 2021-2022-ci tədris ilində Türkiyə universitetlərinə qəbul olunmuş ölkə vətəndaşlarına müraciət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Səfirlikdən bildirilib. Azərbaycan Respublikasının vətəndaşları pasport və biometrik şəxsiyyət vəsiqəsi ilə Türkiyə Respublikasına səyahət edə bilirlər. 

“Türkiyə Respublikasının ərazisində hər hansı səbəbdən 90 gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları, o cümlədən tələbələr bu dövlətdə yaşamaq icazəsi almaq üçün Türkiyəyə pasportla giriş etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq, Türkiyəyə təhsil almağa gələn vətəndaşlarımızın bu dövlətə pasportla giriş etmələri çox vacibdir”, - deyə Səfirliyin məlumatında qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO