Yemək qazanının qulplarından narkotik çıxdı

Yemək qazanının qulplarından narkotik çıxdı

Hazırda oxunan: Yemək qazanının qulplarından narkotik çıxdı

3731

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya daxil olan məlumata görə, cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ağayev Rəşad Hüseyn oğluna tanışı Qaxiyev Rauf İsmayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO