"Noldu Paşinyan" mahnısı ilə rinqə girən boksçumuzdan prinsipial qələbə - VİDEO 

Hazırda oxunan: "Noldu Paşinyan" mahnısı ilə rinqə girən boksçumuzdan prinsipial qələbə - VİDEO 

37255

Türkiyənin İstanbul şəhərində ölkənin Gənclər və İdman Nazirliyi, Boks Federasiyası və "Kadıköy" Peşəkar Boks Klubu tərəfindən Beynəlxalq peşəkar boks turniri keçirilib.  

Bizim.Media-nın məlumatına görə, 20-yə yaxın ölkənin qatıldığı turnirdə Azərbaycanı peşəkar boksçu "The Flash" ləqəbli Fuad Tarverdi təmsil edib. 

Yarışdan 1 gün əvvəl press-konfransa erməni komandası ilə gələn rəqiblə boksçumuz arasında insident yaranıb.  

Prinsipial döyüşdə boksçumuz rəqibini 1-ci raundun 45-ci saniyəsində nokaut edib. 

Qeyd edək ki, bu yarışda "Noldu Paşinyan" mahnısı ilə rinqə çıxan boksçumuz Fuad Tarverdi bir müddət öncə Moskvada keçirilən beynəlxalq yarışda rinqə Şəhid Xudayarın ifa etdiyi "Dastana döndü" mahnısı ilə çıxıb. 2 erməni rəqibi onunla döyüşməkdən imtina edib.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO