“İcazə verilən kimi Səxavətin qəbriniz ziyarət edəcəyəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri əməkdar artist Firuz Səxavət mərhum xanəndə Səxavət Məmmədovun qəbrini ziyarət etməsi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.
“Bəzi saytlarda Səxavətin qəbrini ziyarət etməyim barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Çünki o torpaqlar hələ yenicə azad olunub. İnsanların oranı ziyarət etməsi üçün xüsusi icazə lazımdır".
"Mənə onun qəbrinin və kəndimizin görüntülərini Ağdamda olan əsgərlərdən biri yollayıb. İnşallah, icazə verilən kimi mən də Səxavətin qəbrini ziyarət edəcəyəm”, - deyə, o, bildirib.
Xanəndə Ağdamın Abdal-Gülablıda qəbiristanlığı dağılmadığını, lakin 30 il müddətinə baxımsız qaldığını söyləyib. "30 ildir baxımsız olduğundan qəbirlər çöküb. İmkan olan kimi onun qəbrinin üstünü götürəcəyik”, - deyə o, bildirib.
Xatırladaq ki, Ağdam olan hərbçilər Səxavət Məmmmədovun qəbrini tapıblar. Bu barədə sosial şəbəkələrdə video görüntülər yayılıb.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:53 / 28.11.2020
“Mən Səxavətin qəbrini ziyarət etməmişəm” – Firuz Səxavət
Hazırda oxunan: “Mən Səxavətin qəbrini ziyarət etməmişəm” – Firuz Səxavət
Hazırda oxunan: “Mən Səxavətin qəbrini ziyarət etməmişəm” – Firuz Səxavət
3722
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.