Belarus Prezidenti Aleksandr Lukaşenko cümə axşamı günü bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qərb sərhədlərində NATO-nun hərbi varlığının gücləndirilməsi hərbi təxribatlara və insidentlərə şərait yaradır.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya Prezidentin rəsmi internet saytında yerləşdirilib.
Mənbə yazır ki, Lukaşenko KTMT-nin Düşənbədə keçirilən sammitində iştirak edir.
MÖVZU İLƏ BAĞLI:
Lukaşenko hakimiyyətdən üz döndərən sənətçiləri “xəyanətkar” adlandırdı - VİDEO
"Təhlükəli tendensiya KTMT-nin qərb sərhədlərində vəziyyətin gərginləşməsidir. ABŞ-ın Şərqi Avropadakı hərbi iştirakı genişlənir, NATO koalisiya birləşmələrinin döyüş qabiliyyəti artır ... Bütün bunlar sərhədlərimiz yaxınlığında hərbi təxribatlara şərait yaradır" deyə Lukaşenko qeyd edib.
Xüsusilə, Belarus lideri bu il Şimali Atlantika Alyansının Baltikyanı ölkələrdə və Ukraynada bir sıra təlimlər keçirdiyinə və yalnız son beş ildə onların sayının iki dəfədən çox artaraq 90-a qədər böyük təlim keçirməsinə diqqət çəkib:
“Cəlb olunan hərbçilərin sayı 60 mindən 110 minə qədər qalxıb. Eyni zamanda, qonşularımız - Baltikyanı ölkələr, Polşa və Ukrayna planlaşdırılan Belarus –Rusiya “Qərb -2021” təliminə çox əsəbi reaksiya verirlər. Əslində sona çatıb və Qərbdən gələn xəbər hələ də bütün dünyaya yayılır".
Bizim.Media