Naxçıvanda məktəblər açıldı

Naxçıvanda məktəblər açıldı

Hazırda oxunan: Naxçıvanda məktəblər açıldı

37002

Bu gündən Naxçıvan Muxtar Respublikasında məktəblərin bütün sinifləri üzrə tədrisə başlanılıb. 

Bizim.Media-nın xəbərinə görə, sentyabrın 15-də muxtar respublikanın ümumtəhsil müəssisələrində ənənəvi dərslərə start verilib. 

Məktəblərin açılması ilə bağlı qərar Naxçıvan MR-də yoluxma sayının az və epidemioloji vəziyyətin sabit olmasına əsasən qəbul edilib. 

Əvvəlki dövrdən fərqli olaraq bu il üçün məktəblərdə tədris ikinövbəli həyata keçiriləcək. Buna səbəb pandemiya şəraiti ilə əlaqədar şagirdlərin parta arxasında tək oturdulmasıdır. 

Qeyd edək ki, bu gün - sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür. Pandemiya şəraiti ilə əlaqədar 2021/2022-ci tədris ilinin başlama tarixi dəyişdirilib. Ölkədə aşağı siniflər üçün dərslər sentyabrın 22-də, ali təhsil və orta ixtisas təhsil müəssisələrində isə sentyabrın 29-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO