“Bakının qurtuluşunun 103-cü ildönümündə başda Qafqaz İslam Ordusunun müzəffər komandanı Nuru Paşa olmaqla, onun qəhrəman əsgərlərini, əziz şəhidlərimizi şükran və rəhmətlə anırıq”.
Bizim.Media xəbər verir ki, bu fikirlər Türkiyənin Azərbaycandakı Səfirliyinin feysbukdakı səfirliyində Bakının bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü ilə bağlı paylaşımında yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda sabah hərbçilərin yürüşləri olacaq - RƏSMİ
“Türkiyə-Azərbaycan qardaşlığı “bir millət, iki dövlət” anlayışı ilə əbədi yaşayacaqdır”, - paylaşımda vurğulanıb.
Bizim.Media
Bakü’nün kurtuluşunun 103.yılında başta Kafkas İslam Ordusunun muzaffer Komutanı Nuri Paşa olmak üzere onun kahraman askerlerini,aziz şehitlerimizi şükranla ve rahmetle anıyoruz.Türkiye-Azerbaycan kardeşliği “Tek Millet İki Devlet” anlayışıyla ilelebet yaşayacaktır. #15Eylül1918 pic.twitter.com/Qo3ddPfHOW
— Bakü Büyükelçiliği (@TCBAKUBE) September 14, 2021