Dopinqlə bağlı model qanun qəbul edildi

Dopinqlə bağlı model qanun qəbul edildi

Hazırda oxunan: Dopinqlə bağlı model qanun qəbul edildi

3694

MDB Parlamentlərarası Assambleyası noyabrın 27-də keçirilən plenar iclasda idmançıların dopinq istifadəsinə qarşı mübarizənin qanuni əsaslarını əks etdirən model qanun qəbul edib.

Bizim.Media xəbər verir ki, təqdim olunan model qanunun məqsədi Ümumdünya Antidopinq Agentliyinin tələblərinə uyğun olaraq idmanda dopinq istifadəsinə qarşı mübarizə və MDB-yə üzv dövlətlərinin milli antidopinq təşkilatlarının fəaliyyətinə yardımın təmin edilməsi üçün hüquqi əsasların yaradılmasıdır.

Sənəddə dopinq preparatlarının istifadəsinə qarşı mübarizə metodları, milli antidopinq təşkilatlarının səlahiyyətləri, cinayətlər və idmanda dopinqlə mübarizə sahəsində qanuni məsuliyyət müəyyənləşdirilib.

Assambleyanın qəbul etdiyi model qanunlar MDB ölkələrinə yerli qanunvericilik üçün model kimi təklif olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO