Bu il Azərbaycanda nikahların sayı ötən illə müqayisədə 50 faizə qədər artıb.
Bizim.Media xəbər verir ki, 2021-ci ilin yanvar-iyul aylarında qeydiyyat şöbələri tərəfindən 30 289 nikaha daxilolma və 9 692 boşanma halları qeydə alınıb.
MÖVZU İLƏ BAĞLI:
NİKAH MÜQAVİLƏSİ – Boşanma mübahisələrinə son qoya bilərmi?
Əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,2-yə, boşanmaların sayı isə 1,4-dən 1,7-yə qədər artıb.
Ötən ilin eyni dövründə Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 20,611 min nikah (2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə azalma 41,4%) və 8,285 min boşanma halı (azalma 15,4%) qeydə alınmışdı.
Bizim.Media