“Rusiyanın Ermənistana dəstəyi yoxdur” – Zərdüşt Əlizadə nəyə ƏSASLANIR? 

“Rusiyanın Ermənistana dəstəyi yoxdur” – Zərdüşt Əlizadə nəyə ƏSASLANIR? 

Hazırda oxunan: “Rusiyanın Ermənistana dəstəyi yoxdur” – Zərdüşt Əlizadə nəyə ƏSASLANIR? 

36883

Rusiyalı deputat Andrey Klimov Kremlin Ermənistan sərhədlərini öz sərhədləri kimi qoruyacağını və Türkiyə timsalında NATO-ya xəbərdarlığını ifadə edib. Bildirib ki, Azərbaycan NATO üzvü olan Türkiyə ilə sıx əməkdaşlıq edir və s. Rusiya nədən narahatdır?

Ukraynadakı NATO təlimləri, yoxsa Türkiyənin Qarabağ və Xəzər poliqonlarında yer almasından?

“Rusiyanı idarə edən şəxslər siyasəti çox gözəl anlayırlar. Bunlar çox gözəl bilirlər ki, Azərbaycan NATO üzvü olmaq fikrində deyil. Çox gözəl bilirlər ki, Türkiyə Azərbaycanla münasibətlərini quranda NATO ilə məsləhətləşmir”.
 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Hacıyev İran səfiri ilə görüşdü – NƏYİ MÜZAKİRƏ ETDİLƏR? - FOTO


Bu sözləri Bizim.Media sualına cavabda səsləndirən politoloq Zərdüşt Əlizadə həm də açıqladı ki, onlar başa düşürlər ki, Azərbaycan NATO potensialına daxil deyil:

“Amma bu sözləri ötəri siyasi mənafeyləri xatirinə deyirlər ki, guya öz aləmlərində Ermənistana dəstək verirlər. Lakin dərindən baxanda Rusiyanın Ermənistana dəstəyi yoxdur, əksinə Moskva İrəvanı daha çox özündən asılı vəziyyətə salmağa çalışır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO