Qəzada ölən qazi dəfn olundu - FOTO 

Qəzada ölən qazi dəfn olundu - FOTO 

Hazırda oxunan: Qəzada ölən qazi dəfn olundu - FOTO 

36729

Ötən gün Sabirabadda yol qəzasında həyatını itirən 31 yaşlı Vətən Müharibəsi iştirakçısı Elşən Ağayev bu gün Xaçmaz şəhər qəbristanlığında -  atası Xanağanın yanında dəfn edilib. 

Bizim.Media-nın məlumatına görə, dəfn mərasimində ailə üzvləri ilə yanaşı ictimaiyyət nümayəndələri, Xaçmaz rayon İH rəhbərliyi və hərbçi yoldaşları iştirak ediblər.  

Elşən Ağayev bu il yanvarın 27-dən Xaçmaz İH-də yeni yaradılan Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində baş mütəxəssis vəzifəsində işləyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İki ay əvvəl toy edən Vətən müharibəsi veteranı qəzada öldü - FOTOLAR


Şöbə müdiri Vüqar Fərzəliyev vida nitqində “mən iş yoldaşımı deyil,əziz qardaşımı, vətənpərvər dostumu itirdim” deyib. 

Qeyd edək ki, Elşən Ağayevin oğlan toyu olsa da qız toyu Məhərrəmlik ayından sonra olacaqdı. Onun qəzada ölüm xəbərini eşidən nişanlısı Elşənin cənazəsini gətirmək üçün ailə üzvləri ilə birgə Sabirabada gedibmiş.

Aytəkin Alxaslı, Bizim.Media






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO