Hərbi tibb fakültəsi kursantlarının andiçmə mərasimi keçirildi - VİDEO 

Hərbi tibb fakültəsi kursantlarının andiçmə mərasimi keçirildi - VİDEO 

Hazırda oxunan: Hərbi tibb fakültəsi kursantlarının andiçmə mərasimi keçirildi - VİDEO 

36689

Tədris ilinin başlanması münasibətilə Mərkəzi Hərbi Klinik Hospitalın ərazisində Azərbaycan Tibb Universitetinin (ATU) hərbi tibb fakültəsinin kursantlarının andiçmə mərasimi keçirilib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. 

Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov kursantları və onların valideynlərini təbrik edərək kursantlara təhsildə, eləcə də xidmətdə uğurlar arzulayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ali Hərbi Məktəbdə dövlət imtahanları keçirildi - VİDEO


Təntənəli mərasimdə çıxış edən polkovnik Məharət Rzayev, mayor Yaqub Qasımov və kursant Nəsibli Nicat gənc kursantlara Vətənə, dövlətə və Ali Baş Komandana, Hərbi Anda sadiq olmağı, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirməyi, nizam-intizamla xidmət etməyi, hərbi həkimlik peşəsinin sirlərini dərindən öyrənməklə şəxsi heyətin sağlamlığını qorumağı tövsiyə ediblər. 

Sonra kursantlar sıra meydanında Vətənə sədaqət andı içiblər. 

Andiçmə mərasimindən sonra əməkdar artist Yusif Mustafayev və Səbayıl rayonu Badamdar qəsəbəsi mədəniyyət evinin kollektivinin iştirakı ilə kursantlar üçün bayram konserti təşkil olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO