Putinin böyük mətbuat konfransının vaxtı açıqlandı

Putinin böyük mətbuat konfransının vaxtı açıqlandı

Hazırda oxunan: Putinin böyük mətbuat konfransının vaxtı açıqlandı

3640

Rusiya Prezidenti Vladimir Putinin ənənəvi olaraq hər ilk keçirdiyi böyük mətbuat konfransının vaxtı açıqlanıb. Belə ki, konfrans dekabrın 17-də keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 29-dan jurnalistlərin akkreditasiyasına başlanılacaq.

Pandemiya ilə əlaqədar olaraq, mətbuat konfransının iştirakçılarının sayı məhdudlaşdırılıb. Hər qəzet və onlayn mediadan bir müxbir, bir fotomüxbir, telekanallardan isə bir çəkiliş qrupuna mətbuat konfransını işıqlandırmaq icazəsi veriləcək.

Koronavirusla bağlı olaraq, mətbuat konfransı videokonfrans formatında olacaq. Rusiya Prezidenti mətbuat konfransına Novo-Oqoryovadakı iqamətgahından qatılacaq.

Yerli və xarici KİV nümayəndələri isə ənənəvi olaraq Beynəlxalq Ticarət Mərkəzindəki zalda işləyəcəklər.

Ötən illərdəkindən fərqli olaraq, bu il Rusiyanın regionlarını təmsil edən KİV nümayəndələrinin Moskvaya gəlməsinə ehtiyac qalmayacaq. Mətbuat konfransına qoşulmaq üçün hər bir federal dairədə xüsusi meydançalar təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO