Əfsanəvi aktyorla vida mərasimi - VİDEO 

Əfsanəvi aktyorla vida mərasimi - VİDEO 

Hazırda oxunan: Əfsanəvi aktyorla vida mərasimi - VİDEO 

36288

Dünyaca məşhur aktyor Jan-Pol Belmondo ilə Parisdə vida mərasimi keçirilib. Mərasimdə Fransa prezidenti Emmanuel Makron da iştirak edib.

Bizim.Media xəbər verir ki, aktyor sentyabrın 6-da 88 yaşında dünyasını dəyişib. Ailə üzvlərinin, aktyorun həmkarları və hökumət nümayəndələrinin qatıldığı vidada Makron çıxış edib.

O, Belmondonu ekranda minlərlə həyat yaşamış qəhrəman adlandırıb. Prezidentin çıxışından sonra Fransanın dövlət himni çalınıb.

Qeyd edək ki, Belmondo 9 aprel 1933-cü ildə Fransada anadan olub.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO