Niderlanda kütləvi məzarlıq tapıldı-Arxeoloqları təəccübləndirən nədir?

Niderlanda kütləvi məzarlıq tapıldı-Arxeoloqları təəccübləndirən nədir?

Hazırda oxunan: Niderlanda kütləvi məzarlıq tapıldı-Arxeoloqları təəccübləndirən nədir?

3627

Niderland arxeoloqları kütləvi məzarlıq aşkarlayıblar. Arxeoloqlar məzarlıqdan 20 insan skeleti tapıblar.

Bizim.Media xəbər verir ki, bu barədə “NU.nl” qəzeti yazıb.

Məzarlıq Vianen şəhərinə yaxın orta əsrlərə aid Beytşteyn qalasının ətrafında aşkar edilib.

İnsan qalıqlarının arasında hər hansı bir parça və ya zərgərlik əşyasının izinə rast gəlinməyib. Bəzi skeletlər isə üst-üstə yığılıb.

Yerli bələdiyyə sədri Krista Hendriksen tapıntıdan “təəccübləndiyini” söyləyib. O deyib ki, tarixi bir tapıntıdır  və skeletlər son Orta Əsrlərdən bir neçə əsr əvvələ təsadüf edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO