“Bir neçə həftəyə quldurlar tarixin zibilliyinə atılacaqlar” - Ruhani

“Bir neçə həftəyə quldurlar tarixin zibilliyinə atılacaqlar” - Ruhani

Hazırda oxunan: “Bir neçə həftəyə quldurlar tarixin zibilliyinə atılacaqlar” - Ruhani

3612

“Düşmənlər İran millətinin qarşısında biabırçı tərzdə məğlub olublar".

"Vaxtilə İran xalqının 2018-ci ildə, İslam inqilabının qələbə çalmasının növbəti ildönümünü görməyəcəyini deyənlər və bununla da ölkəmizə girmək istəyənlərin hamısı bir-birinin ardınca devrildilər və onların quldurluq dövrləri başa çatdı".

"Allahın izni ilə bir neçə həftədən sonra bu quldurlar artıq tarixin zibilliyinə atılacaqlar”.

Bizim.Media İran mətbuatına istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani noyabrın 26-da onlayn qatıldığı tədbirdə çıxış edərkən bildirib.

O, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın son prezident seçkilərindəki məğlubiyyətindən danışıb:

“Biz uzun illərdir sanksiyaya məruz qalmışıq. Son 3 ildə isə biz düşmənlərimizlə üz-üzə bir savaş şəraitində idik. Həmin müddətdə düşmənlər var gücləri ilə İran xalqına qarşı çıxsalar da, sonunda özləri biabırçı şəkildə məğlub olub meydandan çıxdılar” -deyə İran prezidenti qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO