Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin ölümü ilə bağlı detallar məlum olub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, nazir məşhur rusiyalı kinorejissor Aleksandr Melniki xilas etmək istəyərkən faciəvi şəkildə həlak olub.
MÖVZU İLƏ BAĞLI:
Rusiyalı nazir faciəvi şəkildə HƏLAK OLDU
Belə ki, sənədli film çəkilişləri üçün Norilskə gələn A.Melnikin ayağı sürüşüb və o, suya yıxılıb. Bu zaman nazir onun həyatını xilas etmək üçün suya atılıb, lakin daşa çarpılıb.
Nəticədə həm Y.Ziniçev, həm də rejissor A.Melnik həlak olublar.
Bizim.Media