Meksikada 7,1 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, zəlzələ Meksikanın Akapulko şəhərindən 11 kilometr cənub-şərqdə, on kilometr dərinlikdə meydana gəlib.
Meksikanın Seysmoloji Xidmətinin “Twitter” səhifəsində verilən məlumatda zəlzələ nəticəsində paytaxt Mexikonun bir hissəsində elektrik enerjisi kəsilib.
Dağıntılar və insan tələfatı barədə məlumat verilməyib.
Sosial şəbəkələrdə zəlzələ anından görüntülər paylaşılıb. Videoların birində karuseldə olan insanların qorxulu anları yer alıb.
Sözügedən videonu təqdim edirik:
Bizim.Media

