Millinin baş məşqçisinin FƏRYADI: “Mən sehirbaz deyiləm” 

Millinin baş məşqçisinin FƏRYADI: “Mən sehirbaz deyiləm” 

Hazırda oxunan: Millinin baş məşqçisinin FƏRYADI: “Mən sehirbaz deyiləm” 

35990

“Dünən oyunun asan keçməyəcəyini demişdim. Çox güclü rəqibə qarşı oynayırdıq.Portuqaliya bu görüşdən öncə yoxlama matçı keçirmişdi. Meydanda bizdən daha diri idi. Bu gün texniki fərq də özünü göstərdi". 

Bizim.Media xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Portuqaliyaya 0:3 hesabı ilə uduzduqları seçmə oyunundan sonra mətbuat konfransında deyib. İtaliya mütəxəssis bildirib ki, bəzi oyunçuların meydana çıxmaması çətinlik yaradıb:

"Mövsümün əvvəlidir. Bəzi futbolçular fiziki baxımdan əziyyət çəkir. Enerji çatmayanda problem yaranır". 65 yaşlı baş məşqçinin sözlərinə görə, addım-addım irəliləmək lazımdır:

"İlk növbədə başa düşməliyik ki, qrupun 5-ci komandasıyıq. Əvvəlcə bu mövqedən çıxmalıyıq. Mən sehrbaz deyiləm. Hər şeyi bir gündə dəyişmək olmaz. Əlimizdə olan futbolçular bunlardır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO