İlham Əliyev Stevo Pendarovskiyə məktub ünvanlayıb – TƏFƏRRÜAT

İlham Əliyev Stevo Pendarovskiyə məktub ünvanlayıb – TƏFƏRRÜAT

Hazırda oxunan: İlham Əliyev Stevo Pendarovskiyə məktub ünvanlayıb – TƏFƏRRÜAT

35923

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
 

İnanıram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.


Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO