Müsavat Partiyası Fransaya Facebook səhifəsindən etiraz göndərib

Müsavat Partiyası Fransaya Facebook səhifəsindən etiraz göndərib

Hazırda oxunan: Müsavat Partiyası Fransaya Facebook səhifəsindən etiraz göndərib

3590

Noyabr ayının 25-də Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsi ilə bağlı Azərbaycanda fəaliyyət göstərən 49 siyasi partiya bəyanat yayıb.

Bəyanatda Fransa ilə münasibətlərə yenidən baxılması və ATƏT-in Minsk Qrupundakı həmsədrliyindən getməsi təklifləri səsləndirilib. 

Sözügedən bəyanatda Müsavat partiyasının adı yoxdur. Partiyanın başqanı Arif Hacılı ilə bu xüsusda əlaqə saxlamaq cəhdimizin qarşısı alındı. Arif Haçılı isə cavab vermək əvəzinə “məsləhət gördü ki”, Müsavat partiyasının və onun Facebook səhifəsini oxuyaq:

“Ay xanım, bir açın Facebook səhifəmi oxuyun, biz orada öz münasibətimizi bildirmişik”.
Aydın oldu ki, 3 gün öncə, hələ Fransa Senatının müzakirələri olmamış,  Musavat partiyası bir açıqlama verib.

Amma bundan nə Fransanın xəbəri var, nə də Azərbaycanın. Statusa isə cəmi 40 nəfər münasibət bildirib.

Sadə suala isə Arif Hacılı cavab vermədi – nədən Musavat Partiyası bütün partiyaların imzaladığı vahid sənədə imza atmayıb.



 Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO