Bu il Azərbaycanda illik inflyasiya ötən ilin faktiki göstərici ilə müqayisədə 0,7 faiz bəndi artaraq 3,5 % səviyyəsində gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatında deyilir.
MÖVZU İLƏ BAĞLI:
Beynəlxalq Valyuta Fondunun BORC vermək istəyi – İmtina edən CƏZALANDIRILIR
Hesabata əsasən, Azərbaycanın illik inflyasiyası 2022-2023-cü illərdə isə bu ilin proqnoz göstəricisi ilə müqayisədə 0,3 faiz bəndi azalaraq 3,2 % səviyyəsində reallaşması proqnozlaşdırılır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında illik inflyasiya 4,5 %, ötən ilin sonuna isə 2,8 % səviyyəsində reallaşıb.
Bizim.Media