Ukraynalı baş məşqçi futboldan ömürlük uzaqlaşdırıldı

Ukraynalı baş məşqçi futboldan ömürlük uzaqlaşdırıldı

Hazırda oxunan: Ukraynalı baş məşqçi futboldan ömürlük uzaqlaşdırıldı

35802

Ukraynanın “Olimpiya” klubunun baş məşqçisi Aleksandr Kulik ömürlük futbol fəaliyyətindən uzaqlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə qərarı Ukrayna Futbol Assosiasiyasının Nizam-İntizam Komitəsi verib.

O, Ukrayna kubokunun “Volçansk”a qarşı matçındakı (0:1) hərəkətinə görə belə ağır cəza alıb.

Həmin görüşün baş hakimi Rostislav Dubina oyundankənar vəziyyətə görə “Olimpiya”nın qolunu saymayıb və Kuliki texniki zonadan kənarlaşdırıb.

Final fitindən sonra meydana daxil olan baş məşqçi hakimin üzərinə atılaraq onu yumruqlayıb. Ömürlük cəzalanan mütəxəssis klubunu da ziyana salıb. “Olimpiya” 100 min qriven cərimələnib.

Qalmaqalın digər iştirakçıları da cəzasız qalmayıb. “Olimpiya”nın futbolçusu Aleksandr Qrabar 2 illik diskvalifikasiya edilib. Komandanın rəisi Dmitri Qalitski isə bir illik cəza alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO