Qəddafinin qalıqları ölümündən 10 il sonra tayfasına veriləcək

Qəddafinin qalıqları ölümündən 10 il sonra tayfasına veriləcək

Hazırda oxunan: Qəddafinin qalıqları ölümündən 10 il sonra tayfasına veriləcək

35800

Liviyanın sabiq rəhbəri, polkovnik Müəmmar Qəddafinin cəsədinin qalıqları tayfasına veriləcək.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS “AlHadath” telekanalına istinadən yayıb.

Mənbə yazır ki, 2011-ci ilin oktyabrında üsyançılar tərəfindən qətlə yetirilmiş M. Qəddafinin qalıqları tayfasına verilərək, yenidən dəfn olunacaq.

Bildirilir ki, Misurata şəhərinin tanınmış nümayəndələri ilə əl-qəddaf və əl-mücəbər tayfasının ağsaqqalları arasında M. Qəddafinin, oğlu Mütəssimin, habelə Liviyanın sabiq liderinin silahdaşı, müdafiə naziri olmuş Əbu Bəkr Yunis Cabirin qalıqlarının verilməsi barədə razılıq əldə olunub.
 

Qeyd edək ki, M. Qəddafinin qəbrinin yeri bu illər ərzində gizli saxlanılırdı. Qəbrin yeri barədə polkovnikin basdırılmasında iştirak etmiş və bu barədə susacağına söz verərək “Quran”a and içmiş şəxslər daxil olmaqla, çox az adam məlumatlı idi.


Lakin bir neçə gün əvvəl üsyançıların liderlərindən biri Salah Badi Qəddafinin basdırıldığı yeri açıqlamağa hazır olduğunu bildirib.

Qeyd edək ki, Liviyanın devrilmiş liderinin tərəfdarları son günlər Liviya daxilində barışığa töhfə olaraq, onun oğlunun və silahdaşı olmuş Əbu Bəkr Yunis Cabirin qalıqlarının tayfasına verilməsinə çağırışlar edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO