Daha əvvəl də xəbər verdiyimiz kimi Rusiya Müdafiə Nazirliyi Qarabağdakı sülhməramlıların kazarma və şəhərcik fondlarına kompleks xidmətlər üçün tender elan edib. Həmin elanda sülhməramlıların məsuliyyət zonası kimi Azərbaycan Respublikası yox, “Dağlıq Qarabağ Respublikası” göstərilib.
MÖVZU İLƏ BAĞLI:
Rusiya MN-in Azərbaycana təxribatı ilə bağlı XİN-dən AÇIQLAMA
Bizim.Media xəbər verir ki, sentyabrın 4-də Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama yayıb.
XİN-in Mətbuat İdarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, səhvin aradan qaldırılması üçün müvafiq addımlar atılacaq. Yəni, qarşı tərəf belə bir vəd verib.
Politoloq Əli Hacızadə isə “zakupki.gov.ru” saytına daxil olaraq rəsmi yanlışlığın hələ də korrektə olunmadığını görüb.
Əksinə avqustun 13-dən bu yana, ruslar Azərbaycanın Qarabağ İqtisadi Rayonunun bir hissəsini hələ də “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edirlər. Deyəsən, onların məqsədi sentyabrın 16-dək beynəlxalq normalara sığmayan bu özbaşınalığı olduğu kimi saxlamaqır. Həmin tarixdə isə tender tamamlanır və ümumiyyətlə o xəbər silinə bilər.
Azərbaycanın istəyi isə hər bir ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşmaqdır. Ekspertlərin fikrincə, 10 gün ərzində Rusiya MN səhvi redaktə etməsə, yeni notalar qaçılmazlaşır. Hər halda şimal qonşusu ilə müdafiə sahəsindəki əməkdaşlığı nəzərə alanda, Kremlin belə risklərə getməyəcəyi sezilir.
Bizim.Media