“Neftçi”nin oyunçusu ölkəsindəki hərbi çevrilişə görə Bakıya qayıda bilmir

“Neftçi”nin oyunçusu ölkəsindəki hərbi çevrilişə görə Bakıya qayıda bilmir

Hazırda oxunan: “Neftçi”nin oyunçusu ölkəsindəki hərbi çevrilişə görə Bakıya qayıda bilmir

35764

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazanmaq uğrunda keçirilməli olan Qvineya - Mərakeş oyunu baş tutmayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının rəsmi saytı məlumat verilib.

Görüş sentyabrın 6-da Qvineyanın paytaxtı Konakridə baş tutmalı idi. Ölkədəki siyasi vəziyyət səbəbindən oyun qeyri-müəyyən müddətə təxirə salınıb.

Həmin səbəbdən “Neftçi”nin oyunçusu Mamadu Keyn də çətin vəziyyətə düşüb. Belə ki, Mərakeşə qarşı oynamaq üçün Vətəninə gedən 24-yaşlı qvineyalı ölkədən çıxa bilmir. 

Xatırladaq ki, ötən gün Qvineyada hərbi çevriliş baş verib. Qiyamçıların lideri polkovnik Mamadi Dumbuya prezident Alfa Kondenin həbs olunduğunu elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO