"Mədəniyyət paytaxtımız olan qədim Şuşamızda doğulmuş görkəmli ictimai-siyasi xadim, jurnalist, pedaqoq, yazıçı, türkoloq, liberal Kamalizmin banisi Əhməd bəy Ağaoğlunun evini ziyarət etdik. İşğalçı Ermənistanın vandalizminin dəhşətlərini görüb bu ev, bu mülk… İnsanlarımız kimi, evlərimiz, abidələrimiz də erməni vandallığına məruz qalıb".
Bizim.Media xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva sosial şəbəkə hesabında yazıb. Deputatın yazısının ardı belədir:
"Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edilmiş əziz Şuşamızda böyük quruculuq, abadlıq işləri aparılır.
Biz əminik ki, çox yaxın zamanlarda gözəl Şuşamız bütün dünyada ən gözəl mədəniyyət şəhərlərindən biri kimi tanınacaq və ona da əminik ki, çox qısa zamanda
Əhməd bəy Ağaoğlunun evi də təmir-bərpa işləri aparılaraq, insanların ziyarətinə açılacaq.
Bu gün hörmətli Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu istiqamətlərdə çox önəmli işlər görür və inanırıq ki, Əhməd bəy Ağaoğlunun irsi və xatirəsi qədim Şuşada ən yüksək səviyyədə yaşadılacaq, öyrəniləcək, öyrədiləcək.
Amma hər bir azərbaycanlı erməni vandalizmini, erməni faşizminin iç üzünü görmək, duymaq istəməyənlərə gerçəklikləri yorulmadan çatdırmalıdır.
Çünki ermənilərin əsl məqsədi işğal etdikləri torpaqlarımızdan xalqımızın tarixini və mədəniyyətini də tamamilə silmək olub. Bu dəhşətli barbarlığı bütün dünyaya daha çox duyurmalıyıq".
Bizim.Media