Türk jurnalist Ardan Zentürk Cıdır düzündə maraqlı video hazırlayıb.
Bizim.Media xəbər verir ki, videoda o, xatırladır ki, 1989-cu ildən başlayaraq Sovetlər Birliyində ilk türk müharibə jurnalisti kimi Şuşada olub:
“Qəhrəman Azərbaycan oğulları ilə birgə 1992-ci ilədək burda fəaliyyət göstərdim. 4 nəfərə bir “Kalaşnikov” avtomatı düşən həmin çətin günlərin şahidiyəm. Ağdamın bəzi kəndləri işğal olunanda Bakıya gedənədək 4 saat içində dayanmadan ağladım. O vaxt döyüşlərdə azərbaycanlılar sonadək döyüşdülər və şəhid oldular. İndi dayandığım yerin belə tarixi önəmi var”.
Bizim.Media