Rusiya 6,8 milyard dollarlıq silah müqavilələri İMZALADI

Rusiya 6,8 milyard dollarlıq silah müqavilələri İMZALADI

Hazırda oxunan: Rusiya 6,8 milyard dollarlıq silah müqavilələri İMZALADI

35477

Rusiya Müdafiə nazirinin müavini Aleksey Krivoruçko imzalanmış müqavilələr paketinin ölkənin dövlət silahlanma proqramının həyata keçirilməsində əhəmiyyətli mərhələ olacağını vurğulayıb.

Bizim.Media xəbər verir ki, o, Rusiya Müdafiə Nazirliyinin “Ordu 2021” Beynəlxalq Hərbi-Texniki Forumunda ölkənin silahlı qüvvələrinə 1300-dən çox silah sisteminin çatdırılması üçün 6,8 milyard dollar dəyərində 40-dan çox müqavilə imzaladığını açıqlayıb.

“27 müdafiə müəssisəsi ilə ümumi dəyəri 500 milyard rubldan çox olan 41 müqavilə imzalanıb.

Bu hökumət müqavilələrinin yerinə yetirilməsi nəticəsində Rusiya Silahlı Qüvvələri 1300-dən çox yeni texnika alacaq, 150-dən çox silah, hərbi və xüsusi texnikası təmir ediləcək və modernləşdiriləcək”, - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO