Bolqarıstanın "Bulgargaz" şirkəti Azərbaycan tərəfi ilə qazın alternativ marşrutla nəqlinin davam etdirilməsi ilə bağlı danışıqlara başlayıb.
Bizim.Media xəbər verir ki, əldə edilən ilkin razılığa əsasən, Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (IGB) istifadəyə verilməsinin təxirə salınması səbəbindən Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) mövcud birləşdirici xətlə nəql edilir.
MÖVZU İLƏ BAĞLI:
SOCAR: TAP vasitəsi ilə Avropaya ilk qaz çatdırıldı
Lakin razılaşmanın vaxtı bu ilin sentyabrın sonunda bitir.
Məlumata görə, IGB-nin istifadəyə verilməsi vaxtı daha da gecikdiyindən "Bulgargaz" Azərbaycan tərəfi ilə həcmləri artırmaqla alternativ marşrutla qazın nəqli üzrə razılaşmanın müddətini gələn ilin iyulun əvvəlinədək uzadılması ilə bağlı danışıqlara başlayıb.
"Müvəqqəti marşrut üzrə tədarükün razılaşdırılması təchizatçının imkanlarından asılıdır, bundan başqa, "Bulgargaz" həm şirkətin, həm də istehlakçıların alternativ marşrutdan istifadə risklərini nəzərə alır", - məlumatda deyilir.
Qeyd olunur ki, "Bulgargaz" alternativ şəbəkə üzrə nəqletmə həcmlərini hərracda əldə edib və müəyyən şəraitdə Yunanıstan operatoru Bolqarıstana qazın ötürülməsini məsuliyyət daşımadan dayandıra bilər.
Belə halda, "Bulgargaz" istifadə edə bilməyəcəyi nəqletmə güclərinə və qaz həcmlərinə görə ödəməli olacaq vəziyyətlə üzləşə bilər.
Ona görə də, Azərbaycandan tədarükün lazımi təhlükəsizliyi yalnız IGB qaz kəməri ilə təmin edilə bilər.
Bizim.Media