Ailəsinin ölümündə günahlandırılan atadan ETİRAF – “Gəlin məni öldürün” - VİDEO

Ailəsinin ölümündə günahlandırılan atadan ETİRAF – “Gəlin məni öldürün” - VİDEO

Hazırda oxunan: Ailəsinin ölümündə günahlandırılan atadan ETİRAF – “Gəlin məni öldürün” - VİDEO

35241

“Qızımın qatili deməyə də dilim gəlmir. Əgər balamın qatiliyəmsə, gəlin məni orada öldürün. Mənim balam ölüb, artıq yaşamağa o qədər də meylim qalmayıb”.

Bizim.Media xəbər verir ki, bu sözləri həyat yoldaşı və körpəsinin ölümündə günahlandırılan Rəhman Niftəliyev canlı yayımında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda dəhşətli hadisə: Ana və 3 yaşlı övladı öldü - FOTO


Özünü təqsirli hesab etməyən Rəhman Niftəliyev hər şeyin qanuni tərəfi və hüquqi müstəvidə həlli olduğunu qeyd edib:

“Oturmuşam burada, balamın qanı üçün çalışıram. Yaxşı, əvvəlcə üçüncü mərtəbədən, sonra damdan atdı. Baxın, fikirlər dəyişir. Əvvəlcə öldürülməyə sövq edilmişdi, sonra mən atdım. Bu ifadələr bir-birini tutmur. Günü bu gün hər şeyi açıb ortaya töksəm də, olmur. Bunlar hamısı istintaq prosesidir və istəsəm də edə bilmərəm. Həqiqətən də Tahirə balamın qatiliyəmsə, 2-3 gün səbr edin. Yaxud Badamdardakı evimi daş-qalaq edin. Gəlin evimi topa tutun. Amma ətrafımda olan 50-10 insandan məni soruşun... “, deyə ata əlavə edib. 

Qeyd edək ki, avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı Səbail Rayon Prokurorluğuna məlumat daxil olub.

Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər.


Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Alçina Amilqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO