“Tokio-2020”: 2 idmançımız təsəlliverici görüşə çıxacaq

“Tokio-2020”: 2 idmançımız təsəlliverici görüşə çıxacaq

Hazırda oxunan: “Tokio-2020”: 2 idmançımız təsəlliverici görüşə çıxacaq

0:00
0:00
35224

“Tokio-2020” XVI Yay Paralimpiya Oyunları davam edir.

Bizim.Media xəbər verir ki, yarışın doqquzuncu günündə - sentyabrın 2-də parataekvandoçularımız mübarizəyə başlayıblar.

Təmsilçimiz Röyalə Fətəliyeva (49 kq) ilk görüşündə taylandlı Xvansuda Phuangkitçaya məğlub olsa da, təsəlliverici görüşdə iştirak hüququ qazanıb. İdmançımızın rəqibi Hindistan paralimpiyaçısı Aruna olacaq.

Paralimpiadada 61 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz İmaməddin Xəlilov da təsəlliverici görüşdə mübarizə aparacaq. İdmançımız startda Rusiya Paralimpiya Komitəsinin təmsilçisi Daniil Sidorova uduzub. Təsəlliverici görüşdə idmançımız yaponiyalı Mitsuya Tanaka ilə qarşılaşacaq.

Hazırda Azərbaycan komandasının hesabında 16 medal var. Onlardan 11-i qızıl, 1-i gümüş və 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.

Yüz metr məsafəyə arxası üstə və sərbəst üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb.

Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında birinci yeri tutub.

Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışını ikinci pillədə başa vurub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO