Rusiyada ilk dərs gününə oriental rəqslə start verildi – VİDEO

Rusiyada ilk dərs gününə oriental rəqslə start verildi – VİDEO

Hazırda oxunan: Rusiyada ilk dərs gününə oriental rəqslə start verildi – VİDEO

35136

Xəbər verdiyimiz kimi, dünyanın bir çox ölkələrində bu gün Bilik gününə start verilib. Rusiya da belə ölkələrdən biridir.

Bizim.Media xəbər verir ki, ancaq bu dəfə şimal qonşumuz bu əlamətdar günə gətirdiyi yeniliklə seçilib. 

Belə ki, Xabarovsk şəhərindəki məktəblərin birinə Bilik günü münasibəti ilə oriental (göbək rəqsi) rəqs edən qadın gətirilib.

Regional Təhsil Şöbəsi Xabarovskdakı 76 nömrəli məktəbdə müdiri və bayramın təşkilində iştirak edən bütün işçiləri yoxlamağa başlayıb.

Səbəb sentyabrın 1-ni həm uşaqlar, həm də valideynlər üçün unudulmaz etmək qərarına gələn müəllimənin qeyri-müəyyən rəqsidir. Bilik Gününə həsr olunmuş bayramda o, açıq geyimdə göbək rəqsi edib.

Məktəbdə baş verənlərdən sonra qadından hamı üz döndərib və bunu "gənc müəllimin şəxsi təşəbbüsü" adlandırıb. 

Bəziləri müəllimin nömrəsini sənət növü kimi hesab edərək fərqli düşünən insanları pislikdə günahlandırıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO