Kilsələr və məscidlər: “Allah evləri”nə allahsız münasibət

Kilsələr və məscidlər: “Allah evləri”nə allahsız münasibət

Hazırda oxunan: Kilsələr və məscidlər: “Allah evləri”nə allahsız münasibət

3506

Mədəniyyət abidələrini qorumaq insanın təbii məsuliyyətidir. İnsan və cəmiyyət mədəniyyət vasitəsi ilə kimliyini təsdiq edir. Dini dəyərlərin bu bağlılıqda fərdin və toplumun (etnosun, xalqın, millətin) həyatında yeri bir ayrı fenomendir...

Buna görədir ki, dünyanın müdrik adamları deyirlər ki, bir xalqın kimliyi onun mədəniyyətə və dinə münasibətində bilinir. Mədəniyyət abidələrini qoruyursansa, insansan. Hansı dinə aid olmasından asılı olmayaraq, dini abidələrə hörmətlə yanaşıb, onu həm də qoruyursansa adam kimi adamasan...

Bakının mərkəzində provaslav, qriqorian kiləsləri, sinaqoq, məscidlər işıqlıdırlar, necə deyərlər, “ayaqdadırlar”, onları ziyarət edirlər, insanlar rahat dini ayinlərini yerinə yetirirlər. Erməni kilsəsi sovet dövründən daha yaxşı vəziyyətdə fəaliyyətdədir. Yəni sadəcə “ayaqda” deyil, həm də fəaliyyətdədir. İstənilən qriqorian gedib ziyarət edə bilər...

Azərbaycanın bölgələrində kilsələr və sinaqoqlar sağ-salamatdır. Həmişə salamat olsun!

Qarabağda müharibənin atəşləri kilsələri və monastrları dağıtmadı. Şuşada biri azca zərər görüb. Bizim dövlət dərhal “bərpa edəcəyəm” dedi...

Azərbaycan ərazisində nə qədər kilsə, sinaqoq, məscid varsa heç birinin tarixi adı dəyişdirilməyib. Biz tarixə toxunmuruq, hörmətimiz böyükdür. Çünki mədəni millətik...

Türkiyədə “Axtamar” bərpa olunub və fəaliyyətdədir. Bir sürü erməni təyyarə ilə ziyarətə getmişdilər. Sifətlərində bir zəfər əlaməti vardı, yəni “biz bacardıq”. Fikir verən olmadı, çünki biz mədəni toplumuq...

Qədim Azərbaycan şəhəri İrəvanı Ermənistana paytaxt edəndə orada məşhur məscidlər vardı (bəli: “vardı”!). İrəvanda ilk məscidi 1510-cu ildə Şah İsmayıl tikdirmişdi. 408 il sonra, 1918-ci ildə ermənilər müsəlmanları həmin məscidə yığıb, dini abidəni də, onları da tamamilə yandırdılar. Çünki mədəni xalq deyillər, ümumiyyətlə, əsl din nədir bilməzlər...

1606-cı ildə I Şah Abbas İrəvanda Sərdar sarayının şərq tərəfində başqa bir məscid tikdirdi. 1918-ci ildən sonra o da “ən qədim millət” tərəfindən tamamilə məhv edildi...

Rəcəb Paşa 1725-ci ildə İrəvanda daha bir məscid inşa etdirdi. Onu məşhur memar Abbas Mirzə tikmişdi. Ayrı gözəlliyi varmış.

Çünki, onu da ruslar  bizə çox gördü – 1827-ci ildə məscidi söküb yerində kilsə tikdilər...Görürsünüz, yer üzündə necə “mədəni” xristianlar vardır!...

1766-cı ildə Hüseynəli xan İrəvanda məşhur Göy məscidi inşa etdirdi. İkinci dünya mühaibəsindən sonra məscidin 3 minarəsini “qədim mədəni xalq” dağıtdı. Təkminarəli məscidi indi ermənilər farslara aid edirlər...

Çünki tarixi saxtakarlıq erməni kimliyinin mərkəzində yer alan davranışdır!...

İ.Şopen 1832-ci ildə İrəvanda 12 məscidin fəaliyyət göstərdiyini yazıb. XX əsrin əvvəllərində isə cəmi 8 məscid qalmışdı. Bütövlükdə “1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərib. Hazırda bu məscidlərin heç biri qalmamış, hamısı ermənilər tərəfindən dağıdılmışdır” 

2020-ci il. Bakıda və bütün Azərbaycan ərazisində dini abidələrin hamısı dövlət tərəfindən göz bəbəyi kimi qorunur. Ruslar, yəhudilər, məzhəbindən asılı olmayaraq müsəlmanlar dəfələrlə ölkə rəhbərliyinə mədəni-dini abidələrə göstərdiyi qayğıya görə təşəkkür ediblər, indi də edirlər.

Rus pravoslav kilsəsi aktiv fəaliyyətdədir. Qarabağdakı xristian abidələrinin hamısı salamatdır. Xatırladaq ki, Azərbaycan müsəlman ölkəsidir...

2020-ci il. Qarabağda 67 məsciddən 63-nü ermənilər dağıdıblar. 4-nə ziyan vurublar və dini dəyərləri təhqir ediblər. Məsələn, Şuşa, Cəbrayıl, Zəngilan, Ağdam məscidlərində heyvanlar saxlayıblar (erməniərə oxşayan heyvanlar – donuz, inək və s.). Ağdam məscidini yararsız hala salıblar. Kəlbəcərdəki Dadivənk kilsəsi (və ya monastrı) isə salamatdır, fəaliyyətdədir və onu rus əsgərləri qoruyurlar (kimdən, bilinmir)...

Bunlar yetməmiş kimi V.Putin Azərbaycan Prezidentinə zəng edib deyir ki, Qarabağda xristian dini-mədəni abidələrini qoruyun. Maraqlıdır, Bakı pravoslav kilsəsində xidmət edənlər hansı hissi keçirdilər? Düşündülərmi, azərbaycanlılara belə demək, yumşaq desək, ayıbdır! 

V.Putin də tək deyil. YUNESKO-da bir qrup adam yenə də Azərbaycana müraciət edib ki, Qarabağdakı xristian dini-mədəni abidələrini qorumaq lazımdır. Özü də YUNESKO Azərbaycan Prezidentini, Birinci vitse-prezidenti çox yaxşı tanıyır. Məsələn, Heydər Əliyev Fondu YUNESKO xətti ilə bir sıra erməni kilsəsini təmir elətdirib, onları Azərbaycan dövləti pulsuz qazla təmin edir.

Heydər Əliyev Fondu İtaliyada və Parisdə mədəni abidələri restavrasiya edib... Bir erməni misal göstərin ki, məscidə bu cür qayğı göstərib. Tapsanız, muzeyə qoyardıq!

Azərbaycan Prezidenti İlham Əliyevin Ağdam məscidi önündəki həyəcanlı, coşqulu və enerjili çıxışının səbəbləri aydındır, bizcə! Hansı dinə mənsub olmasından asılı olmayaraq, “Allah evləri”nə allahsız münasibət böyük günahdır, bağışlanmazdır!...

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO