"Mançester Yunayted" Ronaldo ilə müqavilə imzaladı

Hazırda oxunan: "Mançester Yunayted" Ronaldo ilə müqavilə imzaladı

34957

İngiltərənin "Mançester Yunayted" klubu yeni transferi Kriştiano Ronaldo ilə müqavilə imzalayıb.

Bizim.Media "qırmızı şeytanlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu ilə sonradan daha bir il uzadıla bilməsi şərti ilə 2 illik sözləşmə bağlanılıb.

Portuqaliyalı forvard "Mançester Yunayted"i hər zaman ürəyində xüsusi yerə sahib olan klub kimi dəyərləndirib:

"Ötən həftənin cümə günü transfer elan edildikdən sonra aldğım bütün mesajlar məni çox təsirləndirdi. "Old Trafford"da dolu tribunaların qarşısında oynamağı və azarkeşləri bir daha görməyi səbirsizliklə gözləyirəm. Milli komandaların beynəlxalq oyunlarından sonra kollektivə qoşulacağam. Ümid edirəm ki, çox uğurlu mövsüm keçirəcəyik".

Qeyd edək ki, son klubu İtaliya "Yuventus"u olan Kriştiano Ronaldo 2003 - 2009-cu illərdə "Mançester Yunayted"in formasını geyinib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO