Əli Həsənov Bizim.Media-dan görün nəyi XAHİŞ ETDİ? - TƏFƏRRÜAT

Əli Həsənov Bizim.Media-dan görün nəyi XAHİŞ ETDİ? - TƏFƏRRÜAT

Hazırda oxunan: Əli Həsənov Bizim.Media-dan görün nəyi XAHİŞ ETDİ? - TƏFƏRRÜAT

34939

Bu günlərdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənov bir qrup şəxsin onun tualetdə erotik videosunu yaymaqla şantaj etdiyini bildirmişdi.

Bununla bağlı “Tvitter” hesabında paylaşım edən Ə.Həsənov gizli çəkilən fotosu ilə təhdid edildiyini qeyd etmişdi:

“Nə zamansa tualetdə mənim gizli şəkildə çəkilmiş və böyür-başı müxtəlif erotik videolarla bəzədilmiş video görüntülərimi yaymamaq üçün bəzi ünvanlardan ciddi təhdid sifarişləri alıram. Bu haqda əvvəlcədən aidiyyəti qurumlara xəbər vermişəm. Bu bir şəbəkə mafiyasının işidir və lazımi anda öz cəzasını alacaq”,- deyə Əli Həsənovun paylaşımında vurğulanıb.  

Amma o, təhdid edildiyi şəxslərin kimliyini açıqlamasa da, paylaşımında şantajla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini vurğulayıb. Daha sonra isə həmin paylaşımı silib. Bir neçə gün sonra Əli Həsənov “Facebook” və “Twitter” hesablarını da dondurub. 

Sözügedən məsələ isə hələ də ictimaiyyətdə müzakirə predmetidir. 
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun işğal etdiyi “Azərbaycan Nəşriyyatı''ndakı son durum - Fotosessiya


Məsələ ilə bağlı Prezident Administrasiyasının eks şöbə müdiri Əli Həsənov Bizim.Media-ya danışıb.

O, bununla bağlı nə lazımdırsa açıqlandığını və əlavə heç bir şərhə ehtiyac olmadığını deyib:

“Nə lazımdırsa, açıqlamışıq, əlavə şərhimiz yoxdur. Xahiş edirəm, bir də bu haqda məndən bir şey soruşmayın”,- deyə Əli Həsənov əlavə edib.

Əli Həsənovun şantaj olunması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciətinə gəlincə, Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev saytımıza açıqlamasında bu barədə məlumatsız olduğunu deyib.


Xatırladaq ki, Əli Həsənov 1995-ci ildən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edib. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunub. 2019-cu ilin noyabrında vəzifədən azad edilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO