Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına Kəlbəcər sakinləri də qoşulublar.
Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Kəlbəcər sakinləri proqramın dəstəyi ilə kiçik ailə təsərrüfat və müəssisələrini yaradıblar. Proqram çərçivəsində bir neçə kəlbəcərli sahibkarlar maldarlıqla məşğul olacaqlar.
Məşğulluq proqramına qoşulanlar arasında dərzi, bərbər kimi digər peşələrlə məşğul olanlar da var.
Özünəməşğulluq proqramına qoşulan kəlbəcərlilər deyirlər ki, öz yurd-yuvalarına dönən kimi dərhal həmin sahələrin tətbiqinə başlayacaqlar.
Kəlbəcərlilər təbiətin minbir gözəllik bəxş etdiyi, torpağı barlı-bərəkətli rayonda öz ailə təsərrüfat və müəssisələrini uğurla inkişaf etdirəcəklərini əminliklə söyləyirlər.
Gülşanə Mustafayeva, Bizim.Media