Prokurorluqdan məktəb direktorunun müavininin ölümü ilə bağlı MƏLUMAT

Prokurorluqdan məktəb direktorunun müavininin ölümü ilə bağlı MƏLUMAT

Hazırda oxunan: Prokurorluqdan məktəb direktorunun müavininin ölümü ilə bağlı MƏLUMAT

34792

Prokurorluq Göyçay rayonunda baş vermiş ölüm hadisəsi ilə bağlı məlumat yayıb.

Rayon Prokurorluğundan Bizim.Media-ya daxil olan məlumatda deyilir:

"Avqustun 29-u saat 12 radələrində Göyçay rayonu ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, rayonun Bığır kəndi ərazisində Bığır kənd 3 saylı tam orta məktəbin direktor müavini Xəlil Şərifov yaşadığı evin həyətyanı sahəsini suvarmaq üçün su nasosu vasitəsilə su vurmaq istəyən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO