Bakıda ər arvadının sevgilisindən ağlasığmaz intiqam aldı

Bakıda ər arvadının sevgilisindən ağlasığmaz intiqam aldı

Hazırda oxunan: Bakıda ər arvadının sevgilisindən ağlasığmaz intiqam aldı

34786

Bakının Binəqədi rayonunda kişi arvadının sevgilisini qəddarcasına cəzalandırıb. Dekabrın 11-də ləyaqəti alçaldılmış Kazanova polisə müraciət edərək, baş verənləri olduğu kimi danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə dekabrın 10-da, saat 21:00 radələrində Binəqədi qəsəbəsində baş verib.

Sabirabad rayonunun 24 yaşlı sakini E.Z. (aydın səbəblərdən adını çəkmirik) tanışıgilə qonaq gedir. Lakin sevgililərin romantik görüşü qadının 56 yaşlı ərinin qəfil gəlişi ilə yarımçıq qalır.

Qadının sevgilisi gizlənməyə imkan tapmır. Ev sahibi onu tutaraq, ona qarşı cinsi xarakterli hərəkət etdikdən sonra buraxıb. Alçalmış, ancaq sağ qalan E.Z. 43-cü Polis Bölməsinə müraciət edib.
 

Ancaq aldadılmış ərin ona xəyanət və cəza məsələlərinə belə qeyri-standart yanaşması hüquq-mühafizə orqanlarının əməkdaşlarını çaşqınlığa salıb. Sonuncular hələ də aldadılmış ərin hərəkətlərini necə qeydiyyatdan keçirəcəyini düşünürlər.


Qeyd edək ki, Cinayət Məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə üç ildən beş ilədək həbs cəzası nəzərdə tutulur. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO