“Uşaqlarımız ermənilərin orqan alverinin qurbanına çevriliblər” - RƏSMİ

“Uşaqlarımız ermənilərin orqan alverinin qurbanına çevriliblər” - RƏSMİ

Hazırda oxunan: “Uşaqlarımız ermənilərin orqan alverinin qurbanına çevriliblər” - RƏSMİ

34782

"I Qarabağ müharibəsi zamanı Ermənistanın Basarkeçər ərazisində radiotezliklərlə verilən əmirlərin araşdırılamsı zamanı məlum olub ki, Kəlbəcərin işğalı zamanı əsir düşən uşaq və qadınları təcili qətl edilərək basdırılması tapşırılıb. Burada məqsəd əsirləri Beynəlxalq nəzarətdən və cinayətin beynəlxalq hüquqdan gizlədilməsi olub”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O, bildirib ki, ermənilər qəsdən əsirləri başlarından güllələyərək qətlə yetirib, sonra isə onların guya, qaçmaq istərkən güllələndiyini elan ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycan 30 ildir ki, Ermənistanın təcavüzü ilə üzləşib" - Leyla Abdullayeva


İsmayıl Axundov onu da qeyd edib ki, 17 fevral 1992 ci ildə Xocavənd rayonunun işğal zamanı 9 nəfər əvvəl Xankəndinə aparılıb, sonra isə oradan naməlum istiqamətə göndərilib.

Onlardan 5 nəfəri yetkinlik yaşına çatmayan olub:

"I Qarabağ müharibəsi zamanı uşaqların bu cür itməsi dəfələrlə baş verib. Bu isə belə insanların ermənilər tərəfindən orqan alverinin qurbanı olmasına şübhə yaradır".

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO