Kloe Kardaşyan
Televiziya personası, məşhur Kim Kardaşyanın bacısı ilk seksini çox erkən yaşda yaşayıb: "14 yaşındaydım və 18 yaşında bir oğlanla sevgiliydim. İndi arxaya baxanda çox iyrənc görünür, ancaq o zamanlar mənə bu çox romantik gəlirdi. Əslində o da məni bu mövzuda çox sıxırdı, seks yaşamağımızı istəyirdi. Mən hazır deyildim. Bədənimi yenicə tanıyırdım hələ. Ancaq onunla olmasam artıq kifayət qədər romantik olmayacağımı və oğlanın da məni atıb gedəcəyini hiss edirdim... Onunla sekslə məşğul olandan sonrakı 3 il boyunca heç kimlə sevişmədim".
Kim Kardaşyan
Bacısından bir il sonra ilk dəfə sekslə məşğul olub: "İlk dəfə həqiqətən sevişmək istəyəndə 15 yaşındaydım. "Bunu istəyirəm, mütləq edəcəm" - öz-özümə belə deyirdim. Anam isə bu istəyimi biləndə: "O zaman nə edəcəyik bilirsən? Hamiləliyin qarşısını almaq üçün işə keçəcəyik". - dedi. Anam mənə qarşı həqiqətən çox açıq və dürüst davranmışdı."
Lena Dunham
Amerikan aktrisa ilk seksi haqqında müsahibələrinin birində belə deyib: "Düşündüyümdən daha çox ağrıdı canım. Ancaq fərqli bir ağrı idi bu. O da çox gərgin idi, heç cür bitirə bilmirdi. Hər şey qurtarandan sonra yanaşı uzandıq və söhbət etməyə başladıq. O həqiqətən gözəl insan idi. Bir az tələskən olsa da yaxşı partnyor tapdığım üçün özümlə fəxr edirdim. Anama danışmaq üçün tələsirdim".
Kristian Ritter
Amerikan aktrisa həmin günü əsəbiliklə xatırlayır: "O, çox özündən razı, kobud idi. Necə deyərlər, əsl "pis uşaq" idi. Adı Demian idi, amma ailəm onda Demon (şeytan) deyirdi. İlk seksimizi basketbol məşqindən sonra babasının marşrutunda reallaşdırdıq. Çox gözəl olduğunu xatırlamıram".
Ansel Elgort
Amerikan aktyor ilk seksini 14 yaşında yaşayıb: "14 yaşında sekslə məşğul oldum. Nə etdiyimin fərqində deyildim. Qız da mənim kimi... O günə təkrar qayıtsam bəzi şeyləri daha fərqli edərdim".
Sfera.az