Zəngəzur yolu açılacaq, Laçın geri qaytarılacaq - POLİTOLOQ

Zəngəzur yolu açılacaq, Laçın geri qaytarılacaq - POLİTOLOQ

Hazırda oxunan: Zəngəzur yolu açılacaq, Laçın geri qaytarılacaq - POLİTOLOQ

34667

“Avqustun 31-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın rusiyalı həmkarı Sergey Lavrovla görüşü gözlənilir. Bu görüşdən əvvəl Ermənistanı bir xeyli sıxdılar”.

Bizim.Media xəbər verir ki, bunu siyasi ekspert Elman Vəliyev “Facebook” hesabında bildirib.

Onun sözlərinə görə Azərbaycan Gorus-Qafan yolunu bağlayaraq şərtlər diktə edib:

“Bu bir bildiriş mesajı idi, yəni Ermənistan tərəfinə başa salındı ki, güclər kimin əlindədir, gərginlik yaranacağı təqdirdə çətin vəziyyətdə qalacaq tərəf hansıdır. Dolaysı ilə çıxış yolunun kompromisə getmək olduğu izah edildi. Rusiya da şərait yaradır ki, Ermənistan tərəfi razılığa müsbət yanaşsın”.
 

MÖVZU İLƏ BAĞLI:

Gorus-Qafan yolunda son vəziyyət necədir?


Politoloq Ermənistan tərəfinin imkanlarının azalmasına diqqət etmək lazım olduğunu qeyd edib:

“Türkiyə ilə sərhəd bağlıdır, Azərbaycan tərəfi ilə hələ münasibətləri nizamlanmayıb, İranla olan əlaqə yollarının bir hissəsi (Zəngilan, Füzuli, Cəbrayıl) İkinci Qarabağ müharibəsindən sonra kəsilib. Digər əlaqə yolu kimi Zəngəzur qaldı.

Gorus-Qafan yoluna nəzarəti ələ keçirmək isə bu əlaqə vasitəsini daha da daraltdı. Yəni artıq İrandan gələn nəqliyyat vasitələrinə də nəzarət etmək mümkündür. Ermənistanın bircə Gürcüstanla əlaqəsi qalıb.

Belə çətin şəraitdə, blokadada qalan dövlətin seçimləri məhduddur. Moskva görüşündə çox güman ki, Azərbaycan tərəfinin irəli sürdüyü şərtlər müzakirə ediləcək”.

Elman Vəliyevin fikrincə, Zəngəzur dəhlizinin açılması yönündə müsbət addımlar atılacaq, yaxın müddətdə Laçın şəhəri (2 il ətrafı) geri qaytarılacaq, bölgədə kommunikasiya sistemi bərpa olunacaq, eləcə də Ermənistan tərəfi Türkiyə ilə də “buzları” əritməyə səy göstərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO