“Qalatasaray”ın prezidenti şəhidin atasına zəng etdi

“Qalatasaray”ın prezidenti şəhidin atasına zəng etdi

Hazırda oxunan: “Qalatasaray”ın prezidenti şəhidin atasına zəng etdi

3463

Türkiyənin "Qalatasaray" futbol klubunun prezidenti Mustafa Cengiz komandanın şəhid Fərid Dursunovun atası Fazil Dursunova zəng edib.

Bizim.Media xəbər verir ki, bu barədə şəhidin atası məlumat verib.

Klubun rəhbəri  Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Fəridlə qürur duyduğunu söyləyib.

O, şəhidimizin ailəsini yaxın vaxtlarda “Qalatasaray”ın ev oyunlarından birinə dəvət edəcəyini söyləyib. Həmin oyunda formalarda Fəridin adı yazılacaq.

M.Cengiz qəhrəman azarkeşin adının klubun muzeyində əbədiləşdiriləcəyini də vurğulayıb.

Fəridin atası deyib ki, Mustafa Cengizlə təxminən 15 dəqiqə söhbət edib.

Qeyd edək ki, Fərid Dursunov şəhid olmazdan öncə dostlarına deyib ki, “əgər şəhid olsam, məzarımın üzərində Azərbaycan bayrağı ilə yanaşı “Qalatasaray”ın da bayrağı dalğalansın”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO