Paracüdoçumuz Hüseyn Rəhimli “Tokio-2020”nin FİNALINDA

Paracüdoçumuz Hüseyn Rəhimli “Tokio-2020”nin FİNALINDA

Hazırda oxunan: Paracüdoçumuz Hüseyn Rəhimli “Tokio-2020”nin FİNALINDA

34548

Paracüdoçumuz Hüseyn Rəhimli “Tokio-2020” Yay Paralimpiya Oyunlarına qələbə ilə başlayıb.

Bizim.Media xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk görüşdə Böyük Britaniya idmançısı Daniel Povelə qalib gələrək yarımfinala yüksəlib.

Onun növbəti rəqibi Koreya Respublikasından olan Jung Min Lu olub. Rəqibini məğlub edən H.Rəhimli “Tokio-2020”nin finalına yüksəlib.

Qeyd edək ki, Azərbaycanın hesabında 5 medal var. Paracüdoçular Şəhanə Hacıyeva (48 kiloqram), Vüqar Şirinli (60 kiloqram) qızıl, Namiq Abaslı (66 kiloqram) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO