Qazaxıstanda baş verən partlayış nəticəsində 60 nəfər YARALANDI - FOTO/VİDEO - YENİLƏNİB

Qazaxıstanda baş verən partlayış nəticəsində 60 nəfər YARALANDI - FOTO/VİDEO - YENİLƏNİB

Hazırda oxunan: Qazaxıstanda baş verən partlayış nəticəsində 60 nəfər YARALANDI - FOTO/VİDEO - YENİLƏNİB

34378

Qazaxıstanın Jambıl rayonunda yerləşən hərbi hissədə baş verən partlayış nəticəsində 60 nəfər yaralanıb. 

Bizim.Media xəbər verir ki, ölkənin müdafiə nazirinin müavini Ruslan Şpekbayev hadisənin partlayıcı maddələrin saxlanıldığı mühəndis-istehkam anbarında baş verdiyini deyib. 

Anbarda bir neçə güclü partlayışdan sonra meydana gələn yanğının hələ də davam etdiyi bildirilir. 

Hadisə ilə əlaqədar yaxınlıqda yerləşən yaşayış məntəqələrinin əhalisi təxliyə edilib, ərazidəki avtomobil yolları və dəmiryolu xətlərindən istifadə məhdudlaşdırılıb. 

Qazaxıstan Prezidenti Qasım Comərd Tokayev “Twitter” hesabında etdiyi paylaşımlarında yaralanaraq xəstəxanaya yerləşdirilənlərdən ən az 30-nun hərbi qulluqçu və fövqəladə hallar işçiləri olduğunu, partlayışın səbəblərinin araşdırıldığını qeyd edib.

Xatırladaq ki, Qazaxıstanda hərbi hissənin anbarın yaxınlığında partlayış baş təxminən saat 19:00 radələrində olub. 

***

Qazaxıstanın Jambıl vilayətindəki hərbi hissənin anbarının yaxınlığında partlayış olub.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bayzak rayonunda yerləşən hərbi hissədə anbarlardan birinin yaxınlığında yanğın baş verib. Yanğın nəticəsində naməlum obyektdə partlayış olub.

Yanğının söndürülməsinə Zambil vilayətinin Fövqəladə Hallar İdarəsinin yanğınsöndürmə briqadaları kömək edir", - məlumatda deyilir.

Bizim.Media



 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO