Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsi barədə danışıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “TRT Haber” telekanalı yayıb.
Mənbə yazır ki, nazir Türkiyə Silahlı Qüvvələrinin vəzifəsini layiqincə yerinə yetirdiyini bildirib.
“Hava limanında fövqəladə sıxlığa və şərtlərə rəğmən önəmli bir problem olmadan personal tərəfindən planın tam tətbiq edilməsi üçün bütün işlər görülmüşdür. Fəaliyyətimizə dəstək verdiyinə görə dost və qardaş Pakistan, Tacikistan və bölgədə birlikdə çalışdığımız müttəfiqlərimizə təşəkkür edirik. Xarici İşlər Nazirliyi və müvafiq qurumlarla koordinasiya şəraitində fəaliyyətimiz təxliyə planları çərçivəsində davam etdiriləcək”, - nazir qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:39 / 26.08.2021
Hulusi Akardan Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsi barədə AÇIQLAMA
Hazırda oxunan: Hulusi Akardan Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsi barədə AÇIQLAMA
Hazırda oxunan: Hulusi Akardan Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsi barədə AÇIQLAMA
0:00
0:00
34299
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.