Azərbaycan

Azərbaycan "Tokio-2020" Yay Paralimpiya Oyunlarında ilk medalını qazandı

Hazırda oxunan: Azərbaycan "Tokio-2020" Yay Paralimpiya Oyunlarında ilk medalını qazandı

34267

Azərbaycan "Tokio-2020" Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.

Bizim.Media xəbır verir ki, Paralimpiadanın ikinci günündə - avqustun 26-da pauerliftinqçimiz Pərvin Məmmədov nübarizəyə qatılıb.

Yarışda 49 kiloqram çəki dərəcəsində mübarizə aparan paralimpiyaçımız 156 kiloqramlıq nəticə göstərib və bürünc medala sahib olub.

Yarışın qalibi İordaniya idmançısı Omar Sami Hamadeh Qarada olub. İkinci yeri vyetnanlı Conq Le Van tutub.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO