Dövlət Taxıl Fondu qaydaları sərtləşdirdi – Taxıl ehtiyatımız NƏ QƏDƏRDİR? 

Dövlət Taxıl Fondu qaydaları sərtləşdirdi – Taxıl ehtiyatımız NƏ QƏDƏRDİR? 

Hazırda oxunan: Dövlət Taxıl Fondu qaydaları sərtləşdirdi – Taxıl ehtiyatımız NƏ QƏDƏRDİR? 

34196

Artıq Azərbaycanda Dövlət Taxıl Fonduna keyfiyyətsiz məhsul qəbul edilməyəcək. 
Belə ki, Nazirlər Kabineti Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi qaydalarına dəyişiklik edib. Yeni qaydalara görə Fonda tədarük olunan taxıl yeni AZS 888:2020 “Buğda Texniki şərtlər” dövlət standartına uyğun olmalıdır.

Bizim.Media-nın kiçik araşdırmasına görə, Dövlət Taxıl Fonduna 750 min ton taxılın tədarükü qərara alınıb.

Bu məqsədlə Fövqaladə Hallar Nazirliyi hər il fermerlərdən taxıl qəbulu ilə bağlı elan verir. Lakin Fond heç də bütün fermerlərdən taxıl almır.

Buna səbəb isə yerli istehsalın keyfiyyətinin fondun tələblərinə cavab verməməsidir. Bəzən yerli istehsalla Fonda lazım olan taxılın cəmi 10 faizini toplamaq mümkün olur.

Buna görə də ölkənin ərzaq buğdasına olan təlabatı həm də idxal vasitəsilə ödənilir. Azərbaycanın əsas taxıl idxalçıları Rusiya, Qazaxıstandır və Ukraynadır. Həmin ölkələr arasında daha keyfiyyətli taxıl Qazaxıstan idxalı hesab olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Bu il Azərbaycan iqtisadiyyatına 7,5 milyard investiya qoyulub - DETALLAR


Yeni qaydaların tətbiqinin fermerlərin işini daha da çətinləşdirəcəyi gözlənilir. Lakin bu heç Fondun taxılsız qalacağı və qıtlığın yaranacağı demək deyil.  

İqtisadçı Akif Nəsirlinin Bizim.Media-ya açıqlamasına görə, aqroparkların ətrafında yerləşən böyük fermer təsərrüfatlarının yetişdiyi buğda Fondun standartlarına uyğun ola bilər: 

“Digər fermerlərin isə Fonda daha aşağı həcmdə taxıl təqdim edəcəyi gözlənilir. Amma Fonda qəbul edilməyən taxıl daxili istehlaka yönəldilir ki, bu da keyfiyyətsiz məhsulların ortaya çıxmasına səbəb olur. Ona görə də hesab edirəm ki, Fondun tələbləri daxili istehlakda da tətbiq edilməlidir”. 

İqtisadçının sözlərinə görə, digər tərəfdən isə yüksək keyfiyyətli taxılın istehsal edilməsi üçün dövlət tədbirlər görməlidir: 

“Fermerlər arasında maarifləndirmə işləri aparılmalıdır. İri buğda istehsalçılarına konkret yol xəritələri təqdim olunmalıdır. Eləcə də fermerlər yüksək keyfiyyətli buğda toxumları ilə təmin olunmalıdır”.


Akif Nəsirli bildirib ki, ümumi hədəf olaraq idxaldan asılılığın minimuma endirilməsi götürülməlidir.  

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO